Yapon Baş nazir xalqdan üzr istədi

27 Yanvar 2021 17:11

Yaponiyanın Baş naziri Suqa Yoşihide Məşvərət Məclisində çıxışı zamanı açıqlamaları ilə gündəm yaradıb.  

Milli.Az unikal.org-a istinadən bildirir ki, baş nazir koronavirus infeksiyasının daha da yayılmasına görə yapon xalqından üzr istəyib.

11 əyalətdə fövqəladə vəziyyətin davam etdiyini açıqlayan Suqa, virusun qarşısını vaxtında ala bilmədikləri üçün çox məyus olduğunu bildirib.

Milli.Az