Əvvəllər satıcı idi, indi öz paltar markasını yaradır - FOTO

27 Yanvar 2021 16:42

"Yuventus"un hücumçusu Kristianu Ronaldunun nişanlısı Corcina Rodriges öz geyim markasını yaratmağı planlaşdırır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ispan model özü İnstaqram-da məlumat yayıb. O, idman kostyumunda bir neçə fotoşəkil paylaşaraq "Tezliklə. OM by G" sözlərini yazıb.

Qeyd edək ki, Corcina moda sənayesinə yaxşı bələddir. O, bir vaxtlar Madriddəki "Gucci" mağazasında satıcı işləyib, Ronaldu ilə də məhz orada tanış olub.

Xatırladaq ki, portuqaliyalı futbolçu özü isə CR7 kişi geyimləri markasının sahibidir.

Milli.Az