Məktəb bufetləri fəaliyyət göstərəcəkmi? - RƏSMİ AÇIQLAMA

27 Yanvar 2021 12:33

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova məktəblərdə bufetlərin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən bildirir ki, media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib ki, Nazirlər Kabinetinin sentyabrın 10-da verdiyi qərara əsasən, hələ ki, məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Milli.Az