Yeni nazir kollektivə təqdim olundu

27 Yanvar 2021 12:19

Bu gün Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətindən bildiriblər. Rəşad Nəbiyevi kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Milli.Az