Makqreqora zorlama ittihamı: "Məni oteldə dostu ilə zorladı"

27 Yanvar 2021 12:02

Tanınmış MMA döyüşçüsü Konor Makqreqor zorlamada ittiham olunur.

Milli.Az apasport.az-a istinadla bildirir ki, irlandiyalı döyüşçünü adı açıqlanmayan həmyerlisi tərəfindən məhkəməyə verilib.

O, Konorun ən azı 1 milyon 475 min 110 avro kompensasiya ödəməsini istəyir. Dəyən mənəvi zərbə 1 milyon 759 min 850 avroya qədər arta da bilər.

Qadın məhkəməyə verdiyi ifadədə döyüşçünün onu 2018-ci ildə oteldə zorladığını qeyd edib. O bildirib ki, Konorla eyni rayonda böyüyüb və bir gün İnstaqram-da yazışmalardan sonra onunla Dublindəki otelə gedib. Makqreqorun dostu da onlarla olub. Zərərçəkmiş onlarda kokainin olduğunu da iddia edir.

Oteldə qadını yataq otağına aparan döyüşçü ona ədəbsiz təklif edib. İmtina cavabı alan Konor qadına zor tətbiq edərək bu sözləri deyib: "Mən də oktaqonda özümü belə hiss edirəm. Mən üç dəfə yerə vurmalı oldum".

Hadisələrin sonrakı axarını yaxşı xatırlamayan qadın Makqreqorun ardından dostunun da onunla sekslə məşğul olduğunu da şikayətində yazıb.

Milli.Az