"Biz imtahan sözündən imtina etmişik" - Təhsil Nazirliyi

27 Yanvar 2021 11:46

Orta məktəblərdə keçirilən qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil, bunlar fərqli anlayışlardır, bu ifadələr işlədilərkən buna diqqət yetirilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, imtahan sözünün mənfi yükü var: "Kimin günahıdır bilmirəm, bəlkə də müəllimlərin üzündən şagirdlər imtahana stress kimi baxırlar. Biz imtahan sözündən imtina etmişik, qiymətləndirmə işlədirik. Biz öyrəndiklərimizi qiymətləndirməliyik. Bunun üçün məktəblərdə qiymətləndirmələr keçirilir".

Milli.Az