"Barselona" futbolçuların maaşlarını ödəmir

27 Yanvar 2021 14:41

"Barselona" futbolçuların dekabr ayı üçün maaşlarını ödəməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

Qeyd edək ki, "Barselona" bir müddət əvvəl 1,2 milyard avro borcunun olduğunu açıqlayıb.

Kataloniyalılar 2019/2020 mövsümünü 488 milyon avro borcla başa vurublar və klub öz kreditorları ilə bu ödənişlərə möhlət verilməsi haqqında danışıqlar aparır. Klub koronavirus pandemiyasının büdcəyə təsir göstərdiyini bildirib.

Milli.Az