Ermənistanda COVID-19-dan ölənlərin sayı 3056 nəfərə çatıb

27 Yanvar 2021 14:20

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 195 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 427, ölənlərin sayı isə 3056 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 156 053 nəfərin sağaldığı bildirilir.

Milli.Az