Bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB

27 Yanvar 2021 11:49

11:49

Qobustanda dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər. 

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn bildirib. Onun sözlərinə görə, zəhərlənən şəxslərə ambulator xidmət göstərilib: "Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb".

---------
11:02

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az