Prokurorluq təsdiq etdi: həkimi Maradonanın imzasını təqlid edib - FOTO

27 Yanvar 2021 10:59

Bir müddət əvvəl futbol dünyasının itirdiyi Maradonanın ölümü ilə bağlı araşdırma aparılarkən bir çox məqamlar ortaya çıxıb.

Onun həkimi Leopoldo Lukun futbolçunun imzasını təqlid etdiyi təsdiqlənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 39 yaşlı həkim bu iddiaları təkzib etdikdən sonra prokurorluqda məsələ ilə bağlı araşdırmalara başlanılıb. Nəticədə Lukun Maradonanın, həqiqətən də, imzasını təqlidi iddiası öz təsdiqini tapıb.

Qeyd edək ki, Leopoldo Maradonanın ölümündə də ittiham olunub.

Milli.Az