"Ölümlə üz-üzə qaldım, vəsiyyətimi belə etmişdim"

27 Yanvar 2021 13:18

Aktrisa Xuraman Əlizadənin səhhətində problem yaranıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, uzun müddət müalicə olunub:

"Təzyiq problemim var. Dayandığım yerdə 40-50-yə düşə bilər. Səhhətimlə bağlı böyük problem yaşadım. Ölümlə üz-üz qaldım. Vəsiyyət etdim, övladımı anama və yoldaşıma tapşırdım. Şükür, indi sağalıram".

Milli.Az