Fərman İsmayılovun nəşi Bakıya gətirildi - YENİLƏNİB - VİDEO - FOTO

27 Yanvar 2021 11:19

11:19

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatıdırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

----------
09:45

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Motsart" gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Qabondan İstanbula gətirilib, oradan isə Azərbaycana yola salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F. İsmayılovun nəşi Türkiyə Hava Yollarına məxsus hava gəmisi ilə Vətənə göndərilib.

Onun cənazəsini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 07:25-də Bakıya doğru hərəkət edib.

Qeyd edək ki, "Motsart" adlı gəmi yanvarın 23-də Nigeriyanın Laqos şəhəri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 nəfərlik heyətdən 15-i qaçırılıb, Fərman İsmayılov isə qətlə yetirilib.

Milli.Az