Peru sərt karantinə qayıdır

27 Yanvar 2021 09:33

Peru hakimiyyəti sərt karantin rejimini geri qaytarmağında dair qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin prezidenti Fransisko Saraqasti bildirib.

Peru prezidenti bildirib ki, buna əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün ölkənin paytaxtında və doqquz bölgəsində vətəndaşların sərbəst hərəkətinə qadağa qoyulması nəzərdə tutulur:

"Karantin Limada, eləcə də Ankaş, Apurimak, Ica, Kalyao, Lima, Pasko, Uankavelika, Uanuko və Xunin bölgələrində tətbiq olunacaq".

Milli.Az