"İnter" futbol klubu İtaliya Kubokunun 1/4 finalında "Milan" komandasanı məğlub etdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Milanda "Cuzeppe Meatsa" stadionunda baş tutdu və "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Qaliblərin heyətində qolları Romelu Lukaku və Kristian Eriksen vurublar.
Məğlub olan komandada yeganə qolunu Zlata İbrahimoviç vurdu.
Qeyd edək ki, "Milan" 58-ci dəqiqədə Z.İbrahimoviçin oyunda qırmızı vərəqə alandan sonra görüşü on nəfərlə davam edib.
Milli.Az