Şəmkirdə anbar yanıb

26 Yanvar 2021 23:43

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Zəyəm qəsəbəsində ümumi sahəsi 100 m² olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az