"Bir mahnı ilə məşhurlaşıb, sonra itirlər"

26 Yanvar 2021 16:34

Xalq artisti Niyaməddin Musayev gənc ifaçılara məsləhətlər verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Xəbər-ətər" proqramında son günlər tez şöhrət olub unudulanların çoxaldığını deyib:

"Şöhrət paltarını geyinirsənsə, onu yandırma. Bir mahnı ilə şöhrətlənirlər, sonra itib gedirlər. Hər zaman gündəmdə qalmaq üçün axtarışda olmalı, yeni nəğmələr oxumalısan. İfaçıda müasirlik olmalıdır".

Milli.Az