Bakıda məhkum öldü

26 Yanvar 2021 12:58

Bakıdakı Cəzaçəkmə Müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən, məhkum Hacı Nurullayev vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az