20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib

26 Yanvar 2021 11:52

20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib.

Milli.Az bildirir ki, bunu Trend-in  "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlarla, təhsil müəssisələri ilə danışıqlar aparılıb, razılıq əldə olunub: "Şəhid ailə üzvlərinin bir çoxunun təhsil xərclərini elə təhsil müəssisələrinin özləri ödəyib, bəziləri isə "YAŞAT" Fondu tərəfindən qarşılanıb".

E.Hüseynovun sözlərinə görə, eyni zamanda "YAŞAT" Fondu tərəfindən 17 nəfər əməliyyata cəlb olunub, bunların içərisində ağır yaralı olan qazilər də var.

Milli.Az