Azərbaycan niyə Çin peyvəndini seçdi? - TƏBİB cavab verdi

26 Yanvar 2021 11:41

TƏBİB Azərbaycanın COVİD-19-a qarşı vaksinasiyanın aparılması üçün Çin peyvəndlərini hansı səbəbdən seçdiyini açıqlayıb.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil:

"Diqqət yetirməli olduğumuz məqam peyvəndin hansı üsulla istehsal olunmasıdır. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir".

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovac" vaksininin vurulmasına start verilib.

Milli.Az