"Tacikistan koronavirusa tam qalib gəlib" - Prezident

26 Yanvar 2021 13:19

Tacikistan prezidenti İmaməli Rəhman ölkəsinin koronavirusa qalib gəldiyini söyləyib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İmaməli Rəhman bu barədə parlamentdəki çıxışında danışıb. O, Tacikistanda bir müddətdir ki, COVID-19-a yoluxma hallarının müşahidə olunmadığını və faktların qeydə alınmadığını bildirib.

"Tacikistan koronavirusa tam qalib gəlib. Artıq bunu deyə bilərik", - Tacikistan prezidenti bəyan edib.

Qeyd edək ki, rəsmi statistikada artıq iki həftədir bu Mərkəzi Asiya ölkəsində koronavirusa yoluxma sayı 0 olaraq göstərilir. Ekspertlər buna skeptik yanaşır və hesab edirlər ki, sadəcə yoluxmalar rəsmiləşdirilmir.

Milli.Az