Gürcüstanda koronavirusdan daha 25 nəfər öldü

26 Yanvar 2021 13:08

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1006 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 254 822, ölənlərin sayı isə 3 096 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 244 446 nəfərin sağaldığı bildirilir.

Milli.Az