Ermənistanda koronavirusdan ölənlərin sayı 3052 nəfərə çatdı

26 Yanvar 2021 12:40

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 138 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 232, ölənlərin sayı isə 3052 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 155 404 nəfərin sağaldığı bildirilir.

Milli.Az