Tvitterdən yalan detektoru: Doğru olmayan paylaşımların qarşısı alınacaq

28 Yanvar 2021 19:50

Tvitter istifadəçi paylaşımlarında rast gəlinən yalan və ya həqiqətə uyğun olmayan məlumatlarla mübarizə aparmaq üçün yeni hazırladığı "@Birdwatch" tətbiqini təqdim etdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tvitterin rəsmi bloqunda bu barədə yazılı açıqlama verilib.

Sınaq mərhələsində olan Birdwatch ilə əlaqədar "Yalan məlumat əks etdirdiyini düşündüyünüz yazını qeyd edin" formasında ifadə paylaşımlara əlavə olunacaq.

Yeni tətbiq yalan məlumat ehtiva etdiyi düşünülən yazı üçün bal vermə imkan da yaradacaq.

Milli.Az