Samsung ABŞ-da zavod tikir - 10 milyarda

28 Yanvar 2021 22:45

Cənubi Koreyanın Samsung Electronics şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavodun inşasına 10 milyard dollardan çox vəsaitin ayrılması imkanını nəzərdən keçirir.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət böyük məbləğdə sərmayənin köməyi ilə daha çox ABŞ müştərisi cəlb etmək və sahə üzrə lider - TSMC istehsalçısına çatmaq niyyətindədir.

Dünyanın ən böyük yaddaş mikrosxemləri və smartfon istehsalçısı Texas ştatının Ostin şəhərində mümkün zavodun tikintisi ilə bağlı məsələni öyrənir.

Müəssisədə 3 nanometrlik normaların mənimsənilməsi planlaşdırılır.

Bildirilir ki, bu, gələcəkdə dəyişikliklərə məruz qalacaq ilkin plandır. Hazırda tikinti işlərinə bu il başlamaq, növbəti ildə əsas avadanlığı quraşdırmaq, 2023-cü ildə isə məhsul buraxılışına start vermək nəzərdə tutulur.

Milli.Az