Linkedln platforması Tvitterin funksiyasını kopyaladı

28 Yanvar 2021 21:40

Linkedln sosial şəbəkəsi yaxın vaxtlarda istifadəçilərinə şərhləri idarə etməklə bağlı yeni nəzarət funksiyası təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən funksiya Tvitterə artıq bir müddət əvvəl gətirilib.

Yenilik nəticəsində kimlərin şərh yaza biləcəyini seçmək mümkündür. Şərh yazıları bölməsində üç seçim mövcuddur: hər kəs, yalnız izləyicilər və heç kim. Bunlar arasında yalnız bağlantıları məhdudlaşdırmaq mümkündür. Onları təkcə qrup üzvləri və ya tədbirə göndərdiyiniz təqdirdə iştirakçılar görə bilər.

Milli.Az