“Keşikçidağ”da tarixi abidələr aşkar edilib - VİDEO

26 Yanvar 2021 11:40

"Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində tarixi abidələr aşkar edilib. Ötən ilin dekabr ayının sonlarından aparılan qazıntılar zamanı aşkar edilən abidələr kurqan tipli qəbirlərdir. Tapıntılar Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsi zamanı aşkar edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində aparılan arxeoloji qazıntılar zamanı kurqan tipli qəbir abidələri aşkarlanıb.

Onlardan altısı daş örtüklü kurqanlardır. Tapıntılar Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsi zamanı aşkar edilib. Kurqanlarda təqribən 1.2 m dərinlikdə dəfn, keramik məmulat, tuncdan əmək alətləri, ev heyvanlarının sümük qalıqları qeydə alınıb.

Ərazidən tapılan maddi mədəniyyət nümunələrinin əksəriyyəti gələcəkdə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yaradılacaq muzeydə eksponat olaraq sərgilənəcək.

Hazırda "Karvandərəsi" və "Qaltandərəsi" adlanan ərazilərdə kurqanların arxeoloji tədqiqatı davam edir.

Ərazidə yüzdən çox kurqan tipli qəbirlərin olduğu müəyyən edilib.

Milli.Az