Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb

25 Yanvar 2021 22:15

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 22 195 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 669 658 nəfər çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 592 nəfər ölüb, ölənlərin sayı 98 531 nəfər təşkil edir.

Milli.Az