“Herta”nın yeni baş məşqçisi bəlli olub

25 Yanvar 2021 19:29

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Berlin təmsilçisini Pal Dardai çalışdıracaq.

Macarıstanlı mütəxəssisə Andreas Noyendorf kömək edəcək. Dardai istefaya göndərilən Bruno Labbadianı əvəzləyəcək.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis əvvəllər də Dardaini çalışdırıb. O, 2015-19-cu illərdə paytaxt təmsilçisinə rəhbərlik edib. Bunadək isə macarıstanlı 15 il bu komandanın futbolçusu olub.

Milli.Az