Özilin "Fənərbağça"dakı maaşı açıqlandı

25 Yanvar 2021 19:04

"Fənərbağça" yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək. Onun məvacibini sabiq klubu "Arsenal" ödəyəcək.

Özil növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

Qeyd edək ki, türk əsilli almaniyalı futbolçunun imza mərasimini yanvarın 27-də keçiriləcək.

Milli.Az