Cənubi Koreyada əhalinin 70 faizi COVID-19 virusuna qarşı peyvənd olunacaq

25 Yanvar 2021 22:22

Cənubi Koreya hökuməti sentyabradək ölkə əhalisinin 70 faizini COVID-19 virusuna qarşı peyvənd etməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi açıqlama yayıb. Bildirilir ki, ölkədə yeni növ koronavirusa qarşı vaksinasiya fevralda başlayacaq. Vaksinasiya üçün artıq 4 şirkətdən ümumilikdə 56 milyon doza peyvənd alınmasını təmin edilib.

Qeyd edək ki, Cənubi Koreyada indiyədək 75 min 521 nəfər COVID-19 infeksiyasına yoluxub, 1360 nəfər bu virus səbəbindən həyatını itirib.

Milli.Az