Ana karantinə görə 10 yaşlı xəstə oğlunu boğub öldürdü - FOTO

25 Yanvar 2021 16:59

Pandemiya səbəbindən tətbiq olunan karantin rejimində ağır stres keçirən qadın doğma övladını boğaraq öldürüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Londonda yaşayan 40 yaşlı Olqa Freeman adlı qadın 10 yaşlı autizm xəstəliyindən əziyyət çəkən oğlunu boğaraq öldürdüyünü etiraf edib.

Qadın 10 yaşlı oğlu Dylanın ağzına süngər salaraq onu öldürdüyünü söyləyib. O, bildirib ki, koronavirusa görə tətbiq olunan karantin rejimi səbəbindən sağlamlıq mərkəzləri və məktəblər bağlı olub və həftələrlə oğlu evdə baxımsız qalıb.

Qeyd edək ki, Olqa Freeman britaniyanın məşhur fotoqrafının keçmiş xanımı olub.

İsmayıl
Milli.Az