“Suares Avropanın ən yaxşı mərkəz hücumçusudur”

25 Yanvar 2021 18:29

"Atletiko"nun prezidenti Enrike Sereso komandanın futbolçusu Luis Suares haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 33 yaşlı uruqvaylını Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etdiyini deyib:

"Suaresi həmişə Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etmişik. Onu yanımızda gördüyümüz üçün çox xoşbəxtik. Klubdakı hər kəs Suaresin burada olmasından məmnundur".

Qeyd edək ki, Suares 2020-ci ilin sentyabr ayında "Barselona"dan "Atletiko"ya keçib. O, bu müddət ərzində 12 qola imza atıb.

Milli.Az