Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı

25 Yanvar 2021 18:24

Türkiyədə bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlara koronavirus peyvəndinin tətbiqinə başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca tvitterdə məlumat verib.

"COVID-19" Peyvəndinin Milli Tətbiq Strategiyasına uyğun olaraq peyvəndlənmə cədvəli haqqında məlumat verən nazir "Elmi Komitəmizin tövsiyəsi ilə hazırlanan proqram çərçivəsində bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlarımıza vaksin vurulacaq.  Peyvənd onlara səhiyyə müəssisələrimizdə tətbiq olunacaq",- deyə bildirib.

Milli.Az