Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib - VİDEO

25 Yanvar 2021 15:09

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsis "Gür" (S-334) sualtı qayığından Türkiyə istehsalıolan "AKYA" raketinin sınaq atışı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atış Mərmərə dənizində həyata keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün "Gür" sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.

Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.

Milli.Az