Davudoğlu Lavrovla Dağlıq Qarabağı müzakirə etdi

27 Aprel 2010 09:17
Türkiyə xarici siyasət idarəsinin rəhbərinin təşəbbüsü ilə keçirilmiş telefon danışığı zamanı Sergey Lavrov ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Əhməd Davudoğluna məlumat verib. Tərəflər Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Telefon söhbəti zamanı Rusiya Prezidenti Dmitri Medvedevin Ankaraya rəsmi səfərinin detalları, iki ölkə arasında yaradılacaq yüksək səviyyəli əməkdaşlıq şurasının sənədləri və digər beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

/AzərTAc/