Bakıda xəstəxanada FACİƏ - Qadın özünü üçüncü mərtəbədən atdı

25 Yanvar 2021 13:38

Bakıda xəstəxanda müalicə alan qadın intihara cəhd edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Xətai rayon arazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin eyvanından atıb. Qadının vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az