İspaniyada COVID-19 peyvəndi qalmaqalı: Baş Qərargah rəisi istefa verdi

25 Yanvar 2021 17:28

İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Migel Anhel Villaroya COVID-19 protokoluna zidd şəkildə vaxtından əvvəl peyvənd vurdurduğu üçün yaranmış təzyiqlərdən sonra istefa verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, baş Qərargah rəisi Migel Anhel Villaroya istefa ərizəsini Müdafiə naziri Marqarita Roblesə təqdim edib və ərizə qəbul edilib.

İstefa ərizəsində M.Villaroya 45 illik hərbi fəaliyyəti dövründə hər zaman İspaniyaya dürüst şəkildə xidmət etdiyini vurğulayıb.

Milli.Az