"Şahdəniz" yatağından əldə edilən gəlir 220 milyon dolları ötüb

25 Yanvar 2021 17:06

2020-ci ildə "Şahdəniz" yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 293,9 milyon dollar təşkil edib.

Milli.Az bu barədə Dövlət Neft Fonduna (SOFAZ) istinadən məlumat verir.

Qeyd olunur ki, 2007-ci ildən bugünədək SOFAZ-ın "Şahdəniz" qazının satışından gəliri ümumilikdə 3 milyard dollardan çox olub.

2020-ci ildə "Şahdəniz" yatağından hasil olunan kondensat satışından gəlir 223,4 milyon dollara bərabər olub.

Milli.Az