2020-ci ildə 2603 məhkuma elektron qolbaq tətbiq olunub

25 Yanvar 2021 15:49

Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, bu da 2019-cu illə müqayisədə 7,3% çoxdur: "Elektron qolbaq tətbiq olunmuş şəxslərin 2561 nəfəri azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, 19-u cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 23 nəfəri isə şərti olaraq məhkum edilmiş şəxslər olub".

Milli.Az