"Doğru yoldayıq" - Ronaldudan qələbə şərhi

25 Yanvar 2021 15:33

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliya A seriyasının 19-cu turunda "Sassuolo"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, matçdan sonra özünün "İnstaqram" hesabında yazıb: "Çox vacib bir qələbə! Doğru yoldayıq! Eyni ruhda davam edirik".

Qeyd edək ki, Ronaldu bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 21 matçda iştirak edib, 20 qol vurub və 4 qolun ötürməsini verib.

Milli.Az