Virusoloqdan koronavirusa qarşı immunitet artıran gözlənilməz amil

25 Yanvar 2021 23:05

Koronavirus parçaları bağırsaq traktında qalarsa, bu infeksiyaya qarşı antikorlar daha uzun müddət qala bilər.

Milli.Az xəbər verir ki, bu barədə virusoloq, professor Aleksandr Çepurnov deyib.

Bağırsaq traktında çox sayda immunokompetent düyün olduğunu və bunun antikorların mövcud olma müddətinə təsir etdiyini söyləyib.

"Bağırsaq sistemində viral maddələrin olması uzunmüddətli antikor ifrazını stimullaşdıra bilər, çünki orada çox sayda immunokompetent düyün var. İmmunitet reaksiyası həmişə antikorların ifraz olunduğu bir qıcıqlandırıcıya ehtiyac duyur. Bu, antigen parçası olub-olmamasından asılı olmayaraq baş verir", - Çepurnov deyib. (publika.az)

Milli.Az