Hindistan və Çin əsgərləri arasında toqquşma

25 Yanvar 2021 13:26

Hindistan və Çin əsgərləri arasında toqquşma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, toqquşma Hindistan ərazisində Naku-La keçidində baş verib.

Bildirilib ki, ölkə ərazisinə girməyə cəhd edən Çin hərbçilərinin qarşısı Hindistan hərbçiləri tərəfindən alınıb.

Toqquşma zamanı 20 çinli və 4 hindistanlı əsgər yaralanıb. Ərazidə vəziyyətin artıq nəzarət altında olduğu bildirilir.  

Qeyd edək ki, toqquşma Hindistan və Çinin yüksək rütbəli hərbiçiləri arasında hərbi danışıqların doqquzuncu mərhələsi keçirilən ərəfədə baş verib.

Milli.Az