"Wikipedia" sabah bağlanacaq

17 Yanvar 2012 10:18
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Wikipedia Foundation"un sədri Cimmi Ueyls belə bəyanat verib.
Etiraz planına görə, sabah gecəyarısından etibarən populyar resursa giriş qapadılacaq.

"Birləşmiş Ştatların hakimiyyət dairələrinin qəbul etməyə hazırlaşdıqları qanun bütün internetin gələcəyini şübhə altına alır", - Ueyls deyib.

Mübahisələrə səbəb olan əsas məqam hazırda qüvvədə olan "Protect Intellectual Property Act (PIPA)" ("Əqli mülkiyyətin müdafiəsi haqqında") qanunda olmayan, amma SOPA-ya daxil edilmiş bənddir. Həmin bənddə hətta internet-resursun rəhbərliyinin xəbəri olmasa belə, qaçaq kontent yerləşdirən resursun fəaliyyətinin dayandırılması və bağlanmasından bəhs olunur.
İndiki qanuna görə, saytın rəhbərliyinin qaçaq kontenti saytdan silmək hüququ vardı.

SOPA-nın qəbulunun lobbiçiləri proqram təminatı ilə məşğul olan şirkətlərdir.

Yeni qanuna qarşı "Wikipedia" ilə yanaşı, "Google", ən iri sosial şəbəkə Facebook və "Twitter" mikrobloqinq servisi çıxıblar.
"Wikipedia"nın gündəlik auditoriyası 25 milyon nəfərdir.

Milli.Az