Bu avtobusların hərəkət sxemi dəyişdi - FOTO

25 Yanvar 2021 10:36

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib.

Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Milli.Az