Koronavirusla bağlı SON STATİSTİKA

25 Yanvar 2021 11:08

Dünyada 99 774 351 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Virusdan 2 130 420 xəstə ölüb, 71 746 746 nəfər sağalıb.

Şimali Amerikada 29 382 542, Avropada 29 023 353, Asiyada 22 575 448, Cənubi Amerikada 15 287 808, Afrikada isə 3 454 599 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (25 702 125 nəfər), Hindistan (10 668 674 nəfər), Braziliya (8 844 600 nəfər), Rusiya (3 719 400 nəfər) və Böyük Britaniyadır (3 647 463 nəfər).

Türkiyədə 2 429 605, İranda 1 372 977, Gürcüstanda 253 518, Ermənistanda isə 166 036 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 228 975 nəfərin 3 082-si ölüb, 220 292-si sağalıb.

Milli.Az