“Qalatasaray” səfərdə, “Beşiktaş” evdə qələbə qazandı

25 Yanvar 2021 10:02

Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bazar günü daha beş görüş keçirilib.
 
"Konyaspor" - "Antalyaspor" matçında qapılara qol vurulmayıb. "Qaziantep" - "Hatayspor" görüşü də bərabərliklə bitib - 1:1. "Dənizlispor" evdə "Fatih Karagümrük"ə məğlub olub.
 
Səfərdə "Yeni Malatyaspor"la qarşılaşan "Qalatasaray"a 1 qolla qalib gəlib. Lider "Beşiktaş" isə "Göztəpə" ilə ev oyunundan qalib ayrılıb - 2:1.

24 yanvar
 
"Konyaspor" - "Antalyaspor" - 0:0
 
"Dənizlispor" - "Fatih Karagümrük" - 1:2
Qollar: Diskerud, 88 - Borini, 44. Ndao, 78.
 
"Yeni Malatyaspor" - "Qalatasaray" - 0:1
Qol: Babel, 88.
 
"Beşiktaş" - "Göztəpə" - 2:1
Qollar: Lyayiç, 49. Abubakar, 77 - Tripiç, 39.
 
"Qaziantep" - "Hatayspor" - 1:1
Qollar: Cefferson, 30 - J.Morais, 90+8.

Bu nəticələrdən sonra lider "Beşiktaş"ın 44 xalı var. "Qalatasaray" və "Fənərbaxça" isə 39 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. "Qaziantep" 35 xalla 4-cü, "Trabzonspor" 33 xalla 5-cidir.

Milli.Az