Alyaskada güclü zəlzələ baş verib

25 Yanvar 2021 08:06

Sakit Okean akvatoriyasında 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə ABŞ-ın Alyaska ştatında yerləşən Ankoric şəhərindən 1024 km cənub-qərbdə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı tərəfindən qeydə alınıb.

Yeraltı təkanın ocağının 35 km dərinlikdə olduğunu bildirir.

Milli.Az