Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb

25 Yanvar 2021 07:11

Qananın şimalında avtobusla yük maşını toqquşub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı altı nəfər ölüb.

Savanna yanğınsöndürmə şöbəsinin rəisi Kvasi Bafur-Avuax altı nəfərin öldüyündən başqa daha beş nəfərin yaralandığını bildirib. Polis qəzanı araşdırır.

Milli.Az