Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub

25 Yanvar 2021 00:02

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində  şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Milli.Az