Bakıda Tovuz sakininə 8 bıçaq zərbəsi vurulub

24 Yanvar 2021 23:25

Paytaxtın Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Hövsan qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Sadıqov Sadıq Firuddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı qarnın ön divarı və döş qəfəsinə ümumilikdə 8 bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az